Çökən yolun 30 metr dərinliyindən - VİDEO

Çökən yolun 30 metr dərinliyindən - VİDEO
Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmənin səbəbi müəyyənləşib. Araşdırmalar nəticəsində məlum olub ki, yolun altında qrunt suları axır.

Sfera.az xəbər verir ki, "Real TV” yerin 25-30 metr dərinliyindəki su axıntısının görüntülərini əldə edib. Hazırda həmin yerdə "Azərsu” ASC-nin mütəxəssisləri işləyir.

Hazırda "Nobel” prospektinin şəhərin mərkəzinə doğru hissəsində hərəkət zolaqlarından ikisi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da hadisə yerində işləyirlər.

Prospektdə avtomobillərin hərəkətinin tam bərpa olunacağı vaxt hələlik məlum deyil.

İlkin məlumata görə, "Azərsu” ASC-nin əməkdaşları həftənin sonunadək işlərini başa çatdırmalıdırlar. Bundan sonra yolun çökən hissəsinin bərpasına başlanılacaq.



OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...