“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” – Elçibəyin oğlu

“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” – Elçibəyin oğlu
"Toyuma dəvət edilənlərin siyahısını özüm hazırlamışam, ancaq yaxın qohumları çağırmışam, kənardan heç kimi dəvət etməmişəm”.

 Sfera.az xəbər verir ki, bunu  yaxın günlərdə toya hazırlaşan mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. O, qohumlarından əlavə olaraq, bir neçə yaxın dost-tanışını da toya dəvət etdiyini, onların bəzilərinin xaricdən gələcəyini söyləyib:

 
"Toyda cəbhəçilərdən heç kim olmayacaq, heç kimi çağırmamışam. Sadəcə yaxın dostlarımdan bir neçəsini dəvət etmişəm. Bu qərarı həm də pandemiyaya görə qəbul etdim. Qaydalara əsasən, qonaq sayı az olmalıdır. Bu səbəbdən toya çağırılacaq qonaq sayını artıra bilmirəm”.

 Fövqəladə Hallar Nazirliyində çalışan Ərturqut Əliyev nazir Kəmaləddin Heydərovu da toyuna dəvət edib:

"Kəmaləddin müəllim tərəfindən dəvətimin necə qarşılandığını bilmirəm, dəvətnamə çatıb, yoxsa çatmayıb, heç onu da bilmirəm. Amma Kəmaləddin Heydərovun adına dəvətnamə yazmışam”.

Xatırladaq ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur. Ötən gün Naxçıvanda qız toyu olub, iyulun 30-da isə Bakıda oğlan toyu baş tutacaq.

 

Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...