Kəlbəcərə qaçqın düşdüyüm “QAZ-69”-la qayıdacam - Maraqlı paylaşım + FOTO
Sosial şəbəkə istifadəçisindən Kəlbəcər paylaşımı hər kəsin marağına səbəb oldu.
Sfera.az xəbər verir ki, "Facebook” istifadəçisi olan Rəşad Əlizadə paylaşdığı bir fotoda bunları yazıb.
"Mən və ailəm Kəlbəcərdən bu "Qaz-69” ilə köçkün düşmüşük. Bu maşın valideyinlərim ilə yaşıdır, 1961 il istehsalıdır. 1993 ildən bu günə kimi bir dəfə də olsun, mühərrik işə salınmayıb, heç açığı o halda da deyil artıq. İki il bundan qabaq maşını təmir etdirib, ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı”.
"27 ildir, evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu 4 qapılı "Qaz-69” Kəlbəcərə getmək üçün təmirə gedir. Mən ömrümün 5 ilini yaşamışam Cənnətdə və o 5 ilin davamını yaşamağa gedəcəm bu maşınla”, deyə Rəşad Əlizadə qeyd edib.
Jalə Mehdi