Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexi aşkarlandı – FOTOLAR

Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexi aşkarlandı – FOTOLAR
Kəlbəcər rayonu ərazisində ermənilərin daha bir saxtakarlığı üzə çıxıb.

Sfera.az xəbər verir ki, bu yaxınlarda Kəlbəcər ərazisində ermənilərin "tarix” istehsal edən sexləri aşkarlandıqdan sonra bütün məsələ aydın olub.

Həmin bu sex-emalatxanada erməni ustaları özlərinə "qədim tarix” yaradırlarmış. Onlar daşların üzərində qədim hərflər, xaç işarələri ovub, onu formaya salırlar.

Daha sonra bu "sənət əsərləri” bir müddət sirkə turşusunda saxlanılır. Turşunun təsirindən rəngini dəyişən daşlar köhnə görünüş şəklinə düşürlər.

Beləliklə, hazırlanmış daşlar qısa müddət ərzində "qocalaraq” tarixi nümünələrə dönüşürlər.

Daha sonra Azərbaycan torpaqlarının erməni ərazisi olmaq iddialarını dünyaya hayqırmaq üçün bu daşlar Qarabağ ərazisində basdırılır.

Onlar işğal edilmiş Azərbaycan ərazilərinin hər yerinə bu cür süni "yaşlı” abidələr yerləşdirirdilər.

Ermənilər özlərinə saxta tarix yaratmaqla yetinməyib, 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində də özlərinə "tarix sexi” idxal ediblər.

İşğal altında olan torpaqlarımız azad olunduqdan sonra, erməni vandalizmi ilə yanaşı, onların "qədimliyi” də bir-bir işıq üzünə çıxmağa başlayıb. 

Son yüzillikdə erməni təbliğatına baxsaq, erməni saxtakarlığının qədim tarixə malik olduğuna şahid ola bilərik.

Ermənilər Azərbaycan ərazisində "tarixin” ticari istehsal sahəsini yaratmaqla, bu torpaqların əsrlər boyu onlara məxsus olduğunu sübuta yetirmək istəyiblər. 

Erməni üzdəniraq tarixçilərinin, yaxud tarix elmindən siyasi məqsədlə istifadə edən şəxslərin əsərlərinə diqqət yetirdikdə, Azərbaycanın ta qədimdən indiyə qədər olan tarixini və xalqımızın yaratdığı zəngin maddi və mənəvi mədəniyyətini təhrif etdiklərinə, təhrif etməklə qalmayıb, seçib-seçmələyib, öz adlarına çıxdıqlarına rast gəlirik.

Erməni saxtakarlığının kökünü qədim olduğunu demək olar ki, hamı şahiddir. Əli qələm tutan hər erməni bunu özünə bir missiya bilib, tarixlərinə bir qədimlik qatmağa cəhd göstəriblər.

1828-ci ildə I Nikolayın fərmanı ilə Azərbaycan ərazisində olan Alban kilsəsi erməni Qriqoryan kilsəsinə tabe edildikdən dərhal sonra ermənilər tələm-tələsik fəaliyyətə keçirlər.

Onlar albanlara məxsus tarixi və mədəni abidələri saxtalaşdıraraq, onların erməni xalqına məxsus olduqlarını dünyaya car çəkirlər.

Bununla da onlara verilən fürsətdən çox məharətlə istifadə edib, özlərinə yeni tarix hazırlayırlar. Saxtalaşdırılan bütün sənədlərin və kitabların əsli isə yandırılaraq, məhv edilir.

Ermənilərin ən çox qədim dövlət olmaqla bağlı uydurduqları yalanlarında saxta məlumatlar var xüsusi "gücünü” qeyd etmək yerinə düşərdi.

Bu fiqurun ermənilərin 3000 il bundan əvvəl yarandığı barədəki iddialarında böyük rolu var. Erməni tarixçilərinin yazdıqlarına görə, guya xaç daşları 301-ci ildə xristianlığın qəbul edilməsi ilə əlaqəlidir. 

Onlar haqqında xarici mətbuatda da yetərincə məlumatlar var. Onların birində bu barədə qeyd olunur:

"Ermənistanda daş sənəti  12-13 əsrlər ərzində böyük şöhrət ustaları Momik, Timot, Mxiter, Pofos və digərləri tərəfindən əldə edildiyi dövrdə yüksəldi”.

Göründüyü kimi, ermənilər xarici mətbuatda güclü təbliğat işləri apararaq, öz qədim tarixlərini sübuta yetirməyə çalışırlar.

Onlar bu planlarını həyata keçirmək üçün ideoloji mühit yaradır, ictimai fikir formalaşdırırlar.

İllər keçdikcə bu yalan onlarda doğru şəklinə düşərək, xəstə təfəkkürlərində iz buraxıb.

Nəticədə ermənilər öz uydurduqları yalanlarına cani- könüldən inanmağa başlayıblar.

Bununla da bir xalq olaraq, özlərində "erməni şezofreniyasını” inkişaf etdiriblər. 

Xatırladaq ki, bəzilərinin yarızarafatca dediyi bu xəstəlik 19-cu əsrin sonlarında Alman alimi tərəfindən kəşf olunub. 

Xəstələrdən incimək olmaz...

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...