Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexi aşkarlandı – FOTOLAR

Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexi aşkarlandı – FOTOLAR
Kəlbəcər rayonu ərazisində ermənilərin daha bir saxtakarlığı üzə çıxıb.

Sfera.az xəbər verir ki, bu yaxınlarda Kəlbəcər ərazisində ermənilərin "tarix” istehsal edən sexləri aşkarlandıqdan sonra bütün məsələ aydın olub.

Həmin bu sex-emalatxanada erməni ustaları özlərinə "qədim tarix” yaradırlarmış. Onlar daşların üzərində qədim hərflər, xaç işarələri ovub, onu formaya salırlar.

Daha sonra bu "sənət əsərləri” bir müddət sirkə turşusunda saxlanılır. Turşunun təsirindən rəngini dəyişən daşlar köhnə görünüş şəklinə düşürlər.

Beləliklə, hazırlanmış daşlar qısa müddət ərzində "qocalaraq” tarixi nümünələrə dönüşürlər.

Daha sonra Azərbaycan torpaqlarının erməni ərazisi olmaq iddialarını dünyaya hayqırmaq üçün bu daşlar Qarabağ ərazisində basdırılır.

Onlar işğal edilmiş Azərbaycan ərazilərinin hər yerinə bu cür süni "yaşlı” abidələr yerləşdirirdilər.

Ermənilər özlərinə saxta tarix yaratmaqla yetinməyib, 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində də özlərinə "tarix sexi” idxal ediblər.

İşğal altında olan torpaqlarımız azad olunduqdan sonra, erməni vandalizmi ilə yanaşı, onların "qədimliyi” də bir-bir işıq üzünə çıxmağa başlayıb. 

Son yüzillikdə erməni təbliğatına baxsaq, erməni saxtakarlığının qədim tarixə malik olduğuna şahid ola bilərik.

Ermənilər Azərbaycan ərazisində "tarixin” ticari istehsal sahəsini yaratmaqla, bu torpaqların əsrlər boyu onlara məxsus olduğunu sübuta yetirmək istəyiblər. 

Erməni üzdəniraq tarixçilərinin, yaxud tarix elmindən siyasi məqsədlə istifadə edən şəxslərin əsərlərinə diqqət yetirdikdə, Azərbaycanın ta qədimdən indiyə qədər olan tarixini və xalqımızın yaratdığı zəngin maddi və mənəvi mədəniyyətini təhrif etdiklərinə, təhrif etməklə qalmayıb, seçib-seçmələyib, öz adlarına çıxdıqlarına rast gəlirik.

Erməni saxtakarlığının kökünü qədim olduğunu demək olar ki, hamı şahiddir. Əli qələm tutan hər erməni bunu özünə bir missiya bilib, tarixlərinə bir qədimlik qatmağa cəhd göstəriblər.

1828-ci ildə I Nikolayın fərmanı ilə Azərbaycan ərazisində olan Alban kilsəsi erməni Qriqoryan kilsəsinə tabe edildikdən dərhal sonra ermənilər tələm-tələsik fəaliyyətə keçirlər.

Onlar albanlara məxsus tarixi və mədəni abidələri saxtalaşdıraraq, onların erməni xalqına məxsus olduqlarını dünyaya car çəkirlər.

Bununla da onlara verilən fürsətdən çox məharətlə istifadə edib, özlərinə yeni tarix hazırlayırlar. Saxtalaşdırılan bütün sənədlərin və kitabların əsli isə yandırılaraq, məhv edilir.

Ermənilərin ən çox qədim dövlət olmaqla bağlı uydurduqları yalanlarında saxta məlumatlar var xüsusi "gücünü” qeyd etmək yerinə düşərdi.

Bu fiqurun ermənilərin 3000 il bundan əvvəl yarandığı barədəki iddialarında böyük rolu var. Erməni tarixçilərinin yazdıqlarına görə, guya xaç daşları 301-ci ildə xristianlığın qəbul edilməsi ilə əlaqəlidir. 

Onlar haqqında xarici mətbuatda da yetərincə məlumatlar var. Onların birində bu barədə qeyd olunur:

"Ermənistanda daş sənəti  12-13 əsrlər ərzində böyük şöhrət ustaları Momik, Timot, Mxiter, Pofos və digərləri tərəfindən əldə edildiyi dövrdə yüksəldi”.

Göründüyü kimi, ermənilər xarici mətbuatda güclü təbliğat işləri apararaq, öz qədim tarixlərini sübuta yetirməyə çalışırlar.

Onlar bu planlarını həyata keçirmək üçün ideoloji mühit yaradır, ictimai fikir formalaşdırırlar.

İllər keçdikcə bu yalan onlarda doğru şəklinə düşərək, xəstə təfəkkürlərində iz buraxıb.

Nəticədə ermənilər öz uydurduqları yalanlarına cani- könüldən inanmağa başlayıblar.

Bununla da bir xalq olaraq, özlərində "erməni şezofreniyasını” inkişaf etdiriblər. 

Xatırladaq ki, bəzilərinin yarızarafatca dediyi bu xəstəlik 19-cu əsrin sonlarında Alman alimi tərəfindən kəşf olunub. 

Xəstələrdən incimək olmaz...

OXŞAR XƏBƏRLƏR

“France Presse”in Azərbaycan bayraqları ilə bəzədilmiş Laçından FOTOSESSİYASI

Bu gün Laçın rayonuna daxil olan Azərbaycan hərbçilərinin Laçın şəhərindən şəkilləri yayılıb.   Sfera.az xəbər verir ki, görüntülər "France Presse” Agent...

Laçın peykdən belə görünür - FOTOLAR

"Azərcosmos” bu gün Azərbaycana təhvil verilən Laçın rayonunun peyk görüntülərini yayıb. Sfera.az xəbər verir ki, görüntülər Laçın erməni işğalından azad ...

Paşinyan istefaya gedir, yerinə bu şəxs gəlir - FOTO

Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti həftə Rusiya prezidenti Vladimir Putin ilə baş tutacaq görüşdən sonra vəzifəsindən istefa verəcəyi iddia edilib. ...

"Oğlum hamıya çarə olduğumu deyirdi, amma ona kömək edə bilmədim" - VİDEOREPORTAJ

44 günlük İkinci Qarabağ Müharibəsinin son qoyduğu 30 illik həsrətin böyük qəhrəmanları var. Yəni, bu qələbə bizə rahat başa gəlmədi. Neçə oğullar torpağın, Vət...

Ermənilər əsir götürdükləri Amin Musayevin fotosunu YAYDILAR

Ermənilər hazırda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin yeni fotosunu yayıblar.   Sfera.az xəbər verir ki, Rusiyanın ...

Ermənistanın Azərbaycana vurduğu ziyan necə hesablanacaq?

"Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq". Sfera.az xəbər verir ki, bunu ...