Kəlbəcər sakini: \"Gəldiyimiz maşınla geri qayıdacağıq\" - VİDEO

Kəlbəcər sakini: \
Meydan TV 1993-cü ildə ailəsi ilə birgə Kəlbəcərdən köçkün düşən Rəşad Alızadə ilə söhbətləşib. 
 
Reportajda Kəlbəcər sakini Dağlıq Qarabağda son baş verənlərdən, torpaqlarımızın böyük bir qisminin işğaldan azad olunmasından sonra doğma yurda qayıdacağı ilə bağlı ümidlərinin artdığını xüsusi vurğulayıb. 
 


Sfera.az xəbər verir ki, R.Alızadə həmin vaxt onları rayondan gətirən "QAZ- 69" markalı maşından danışır:

"Erməni işğalçıları Kəlbəcərə daxil olan vaxt bu maşınla mən və ailə üzvlərim Murov dağını aşdıq. Murovun yüksək hissəsində maşında texniki nasazlıq yaranmağa başladı. Belə ki, maşının istilik sistemi işləmədi. Yolun kənarında sahibsiz heyvan-qara vardı. Hər kəs açıb-buraxmışdı ki, heyvanları belə düşmənə əsir olmasın. Həmin heyvanlardan istifadə edərək maşınımızı isittik. Atam yanıma qoyun-quzu yığdı ki, mən isti qalım. Evin bir küncünə sıxılıb qalmış xatirələrdir o maşın..."
 

Həmin maşın 27 ildir ki, Rəşadgilin həyətlərində durur. Onlar bu maşınla Kəlbəcərə geri qayıdacaqlarını ümid edir, buna ürəkdən inanır və həmin günü gözləyirlər. 
 

O bildirir ki, Qarabağ müharibəsi başladıqdan, xüsusilə də, Murov dağın azad olunması xəbərini aldıqdan sonra daha da ümidlənib.

"Kəlbəcər işğaldan azad olunana kimi maşın restavrasiya olunacaq və biz bu maşınla Kəlbəcərə qayıdacağıq", - deyə R.Alızadə vurğulayıb. 

 
Sfera.az



OXŞAR XƏBƏRLƏR