Keçmiş səhiyyə naziri hökumət aparatına rəhbər təyin olundu

Keçmiş səhiyyə naziri hökumət aparatına rəhbər təyin olundu
Ermənistanın istefa verən səhiyyə naziri Arsen Torosyan hökumət aparatının rəhbəri təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam verib.

Torosyan bu postda Eduard Ağacanyanı əvəz edib. Ağacanyan 2018-ci il mayın 10-dan bu vəzifədə işləyib. O, baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla fikir ayrılığına görə istefa verib.

Qeyd edək ki, Torosyan 2018-ci ildən səhiyyə naziri vəzifəsində işləyib. O, bu gün nazir vəzifəsindən istefa vermişdi. (Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...