Keçmiş prokurorun oğlu “patı” satarkən yaxalandı, hadisə yerindən qaçdı

Keçmiş prokurorun oğlu “patı” satarkən yaxalandı, hadisə yerindən qaçdı
Quba rayonunda keçmiş prokurorun oğlu külli miqdarda "patı” satarkən yaxalanıb.

Sfera.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı "Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər "patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib.

Əməliyyat zamanı digər şəxslər saxlanılsa da, Rauf Abbasov polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. Rauf Abbasov da Qusar Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı olub. O, xidmətdə olduğu zaman narkotik istifadə etdiyi üçün xidmətdən xaric edilib.


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...