Keçmiş nazir koronavirusdan öldü

Keçmiş nazir koronavirusdan öldü
 

Rusiyanın ilk energetika naziri Vladimir Lopuxin 68 yaşında koronavirusun qurbanı olub.

Sfera.az  xəbər verir ki, bunu onun dostu, yazıçı Denis Draqunski bildirib.

Qeyd edək ki, V.Lopuxin 1991-1992-ci illərdə Rusiyanın yanacaq və energetika naziri olub. O, mərhum prezident Boris Yeltsinin hakimiyyəti dövründə hökumətin üzvü olub. İstefasından sonra bir sıra bank və kommersiya şirkətlərində aparıcı vəzifələrdə işləyib.

Xatırladaq ki, Rusiyada indiyədək 362 342 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 131 129 nəfər sağalsa da, 3 807 nəfər ölüb. 


OXŞAR XƏBƏRLƏR