Keçmiş məhkum qohumunu öldürdü

Keçmiş məhkum qohumunu öldürdü

 

 

Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunun Malbinəsi kəndində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Rayon Polis şöbəsinə daxil olan məlumata görə, yaralı xəstəxanada dünyasını dəyişib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən kənd sakini Murad Hüseynov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR