Keçmiş gəlinindən Mətanət İsgəndərliyə qarşı inanılmaz İTTİHAMLAR

Keçmiş gəlinindən Mətanət İsgəndərliyə qarşı inanılmaz İTTİHAMLAR
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlininin yeni paylaşımı səs-küyə səbəb olub.

Sfera.az-ın məlumatına görə, Canana sosial şəbəkə hesabında qeyd edib ki, İsgəndərli övladlarını ondan uzaqlaşdırmağa və ona qarşı döndərməyə çalışır. O, məhkəmə qərarına və uşaqların seçiminə əsasən onların atası ilə qalacağını bildirib:

"Övladlarım mənim canım nəfəsimdir. Onların sağlamlığı, gələcəyi stressiz həyatına görə əlimdən gələni etdim və edirəm də. Moskvadan qayıdan gündən uşaqları götürdülər itə dişlətdilər, bunu gizlin saxladılar, uşaqları özləriylə toylara apardılar və bütün rejimlərini korladılar. Hər birinin başlarını oyuncaqla, gəzintiylə döndərdilər".

Müğənninin eks-gəlini baş verənləri ağır zərbə adlandırıb:

"Böyük oğlum - Tuncayım, mənim arxa dayağım, hər zaman məni müdafiə edən balamı belə məndən 2 günə döndərdilər. Dedi ki, "mən onları seçdim çünki onlar mənə velosiped alacaq məni Antalyaya aparacaq, mənim öz otağım olacaq”. Bu mənim üçün o qədər ağır zərbə oldu ki… Bu qədərmi dünya malı dəyərlidir? Bu acımı da Allahdan istəyirəm mənə güc versin və haqq öz yolunu tapsın".

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR