Keçmiş deputat seçki məntəqəsində dava saldı – Video + Foto

Keçmiş deputat seçki məntəqəsində dava saldı – Video + Foto

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 25 saylı seçki məntəqəsində Müsavat Partiyasının namizədi, keçmiş deputat İkram İsrafil qalmaqal yaradıb.

Sfera.az "Yeni Sabah”-a istinadla xəbər verir ki, İ. İsrafilin həmin seçki məntəqəsində müşahidəçi olan qızı səsvermə kabinəsinin yanında dayanaraq seçiciləri atasına səs verməyə çağırıb. Bu isə digər namizədləri təmsil edən müşahidəçilərin narazılığına səbəb olub və onlar həmin şəxsə bunun qanunsuz olduğunu bildiriblər. Lakin bu zaman qalmaqal baş verib və məntəqədə olan İ. İsrafil həmin müşahidəçilərə hücum çəkib. Onları təhqir edən müxalifət təmsilçisi hətta vurmağa da cəhd göstərib. 

Namizədin bu hərəkətinin qanunazidd olduğunu bildirən komissiya üzvləri onu səsvermənin gedişinə müdaxilə etməməyə çağırıblar.

Müşahidəçilər baş vermiş hadisəni aktlaşdırıb və bu haqda Dairə Seçki Komissiyasının sədrinə müraciət ediblər. Aktda bildirilib ki, İ. İsrafilin məşvərətçi səs hüquqlu müşahidəçisi Nərmin xanım seçki prosesinin gedişinə ciddi şəkildə müdaxilə edir: "Belə ki, xanım müşahidəçi yerli-yersiz sualları ilə seçkinin gedişatını ləngidir, seçiciləri söhbətə tutaraq hər şeyə müdaxilə edir. Xahiş edirik bu barədə ciddi tədbir görəsiniz”. 

Aktı məntəqədə olan 7 müşahidəçi imzalayıb.

Keçmiş deputatın müşahidəçilərə hücumunun videosunu təqdim edirik:


 



OXŞAR XƏBƏRLƏR