Keçmiş "Beşiktaş"lı bu komandanı çalışdıracaq
İdman
15:20 / 05.11.2019
2512
İspaniya millisinin sabiq futbolçusu Qutinin yeni iş yeri bəlli olub.
Sfera.az xəbər verir ki, futbolçu kimi "Real” və "Beşiktaş”ın formasını geyinmiş 43 yaşlı mütəxəssis "Almeriya” klubunun baş məşqçisi təyin olunub.
İspaniya Sequndasında mübarizə aparan komandanın çalışdırıcısının qarşısına klubu La Liqaya çıxarmaq vəzifəsi qoyulub. Hazırda 2-ci sırada qərarlaşan "Almeriya” "Kadis”dən 10 xal geri qalır.
Qeyd edək ki, Quti "Real”ın yeniyetmələrdən ibarət komandasını çalışdırıb və Türkiyə "Beşiktaş”ında köməkçi məşqçi olub.