No Image

Keçmiş arvadını geri qaytara bilməyən ər onu və qardaşını bıçaqladı - Bakıdakı qanlı cinayətin təfərrüatı

Keçmiş arvadını geri qaytara bilməyən ər onu və qardaşını bıçaqladı - Bakıdakı qanlı cinayətin təfərrüatı

Bakının Binəqədi rayonunda bacı-qardaşın zərər görməsi ilə nəticələnən qanlı cinayətin təfərrüatı məlum olub.

Sfera.az bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Qeyd edək ki, dekabrın 7-də Rəsulzadə qəsəbəsində 31 yaşlı Elmar Mərdan oğlu Qırxlarov 21 yaşlı Ayşən Abil qızı Qırxlarova və 25 yaşlı qardaşı İlkin Abil oğlu Mənsimliyə bıçaq zərbəsi endirib.

 

Həkimlər Ayşənin tibbi ekspertizası zamanı bədənində - ikisi qarın nahiyəsində olmaqla, yeddi bıçaq zərbəsi aşkar ediblər.

İkinci zəzərçəkmişin də qarın nahiyəsində iki bıçaq zərbəsi aşkarlanıb.

Yaralılar ağır vəziyyətdə 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən saxlanılıb. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərərvurma) ilə cinayət işi açılıb.

İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib. Məlum olub ki, E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir. Sonuncu onu tərk edərək, qardaşı ilə yaşayıb.

Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

Faktla bağlı araşdırma davam edir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş uçuşları başlayıb

 Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçiri...

Yusif İldırımzadənin qaynı qətlə yetirildi

 Bu gün saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində  kəsilmiş-d...

Bu itlər koronavirusa yoluxub-yoluxmadığımızı bilir – Onları aeroportda işə götürdülər

Helsinki hava limanını idarə edən şirkətin verdiyi məlumata görə, hava limanında itlərdən ibarət xüsusi dəstə işə başlayıb. Sfera.az RİA. Novosti-yə is...

Bu payızın dəbi və rəngləri – Modelyerdən açıqlama

Artıq payız fəslinə qədəm qoymuşuq. Hər fəslin xarakterik xüsusiyyətləri olduğu kimi fərqli trend, geyim üslubları da var. Maraqlıdır, bu il payız fəsl...

Azərbaycan qırıcıları havaya qalxdı - VİDEO

  Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uç...

Minanı efirdə biabır etdilər VİDEO

Müğənni Mina Hüseyn verilişlərin birində qonaq olub. Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü canlı efirə zəng edərək Minanı sərt tənqid e...