Kəbənin qapıları dezinfeksiyadan sonra yenidən zəvvarlar üçün açıldı

Kəbənin qapıları dezinfeksiyadan sonra yenidən zəvvarlar üçün açıldı
 Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbədə dezinfeksiya tədbirləri başa çatıb. Artıq müqəddəs ziyarətgahın qapıları zəvvarlar üçün açılıb.
 
Sfera.az xəbər verir ki, Kəbə evi dərmanlanıb və əhatəli təmizlik işləri həyata keçirilib.  
 
Xatırladaq ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə bir neçə gün öncə Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Kəbədə dezinfeksiya işlərinə başlanılmışdı.

OXŞAR XƏBƏRLƏR