Kəbəni ziyarət edənlərin sayı artırılacaq - YENİ QƏRAR

Kəbəni ziyarət edənlərin sayı artırılacaq - YENİ QƏRAR
Səudiyyə Ərəbistanı Kəbə ziyarətçilərinin sayını artıracaq.
 
Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Məscidül-Haram və Məscidül-Nəbi İşləri İdarəsi COVID-19 pandemiyası çərçivəsində Ramazan ayında Kəbəyə qəbul ediləcək ziyarətçi sayı ilə bağlı yeni qərarlar qəbul edib.

Qərarda Kəbə və Məscidül-Haram ziyarətçilərinin sayının Ümrə üçün 50 min, namaz qılanlar üçün isə 100 min nəfərə çatdırılacağı açıqlanıb.

Qərara əsasən Ramazan ayının ilk günündən Ümrə ziyarəti və ya namaz qılmaq üçün Məscidül-Haramı ziyarət edən insanlar yeni növ koronavirusa qarşı peyvəndlənmiş olmalı və pandemiya tədbirləri çərçivəsində hökumət tərəfindən hazırlanan "Tavakkalna" və "Eatmarna" adlı elektron tətbiqlərdən lazımi icazəni almalıdırlar.

Səudiyyə Ərəbistanı Ramazan ayında gündəlik, cümə və təravih namazlarının Məscidül-Haram və Məscidül-Nəbidə qılınacağını, ölkədəki digər məscidlərin pandemiya tədbirlərinə uyğun olaraq açıq olacağını açıqlayıb.

Əzizə 
Sfera.az

OXŞAR XƏBƏRLƏR