"Kayrat" klubu "Qarabağ"la oyun üçün Bakıya yola düşdü - FOTOLAR

Qazaxıstanın "Kayrat" klubu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu üçün Bakıya yollanıb.

Sfera.az  yerli mətbuata istinadən xəbər verir ki, daha əvvəl matçı buraxacağı açıqlanan tanınmış futbolçu Vaqner Lavın Ağdam təmsilçisinə qarşı oynaya biləcəyi bildirilib.

Həkimlər 37 yaşlı hücumçunun qarşılaşmada iştirakına icazə verib. Zədəsini sağaldan təcrübəli forvardın sabah meydana çıxacağı gözlənilir.

Əvəzində, 12 qolla Almatı təmsilçisinin bombardiri Artur Şuşenaçev zədələnib. Ayağında ağrılar hiss edən hücumçunun görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Kosiki Karate-do Federasiyasına prezident seçildi - FOTOLAR

2022-ci il yanvarın 11-də Azərbaycan Kosiki Karate-do Federasiyasının ümumi yığıncağı keçirilib. Tədbirdə federasiyanın vitse-prezidenti, 7-ci dan qara kə...

UEFA “Qarabağ”ın ən yaxşı oyunçusunu seçir - FOTO

UEFA Konfrans Liqasının rəsmi Tvitter hesabı "Qarabağ” klubu ilə  bağlı sorğu keçirir. Sfera.az xəbər verir ki, sorğuda azarkeşlərə ""Qarabağ”ın qrup...

Tarixin ən zəngin boksçularının adları AÇIQLANDI

"Manchester Evening News” nəşri tarixin ən zəngin boksçularının adlarını açıqlayıb.     Sfera.az saytı xəbər verir ki, nəşrin hesablamalarına gö...

Millinin əksər futbolçularının transfer qiymətləri artdı - SİYAHI

Azərbaycan millisində çıxış edən futbolçuların yeni transfer qiymətləri açıqlanıb. Sfera.az  "Transfermarkt" saytına istinadən xəbər verir ki, komand...

Azərbaycanlı idmançıdan övladları ilə Yeni İl FOTOSESSİYASI

MMA idmançımız Tofiq Musayev Yeni İl qabağı iki övladı ilə fotosessiya etdirib.   Sfera.az-ın xəbərinə görə, T.Musayev hər iki övladı ilə Yeni il ağacı...

“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - FOTOLAR

İngiltərənin "Mançester Yunayted”" klubu İnstaqramdakı paylaşımında erməni futbolçu Henrik Mixitaryanın yerinə azərbaycanlıya aid profili işarələyib. Sfer...