Kavani bu komanda ilə anlaşıb

Kavani bu komanda  ilə anlaşıb
 

Uruqvay millisinin futbolçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sfera.az xəbər verir ki, Fransanın PSJ klubunun hücumçusu "Atletiko” ilə anlaşıb.

Madrid klubu 32 yaşlı forvardla 3 illik müqavilə barədə razılıq əldə edib. Lakin transferin gerçəkləşməsi üçün İspaniya təmsilçisi bir neçə futbolçusunu satmağa məcburdur ki, maaş həddini aşmasın. "Atletiko” 2020-ci ilin yayında parislilərlə müqaviləsi başa çatan E.Kavanini qışda heyətə qatmaq üçün Liqa1 təmsilçisi ilə də razılıq əldə etməlidir.


OXŞAR XƏBƏRLƏR