“Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır” – ƏLİ HƏSƏNOV HAQDA RƏYLƏR

“Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır” – ƏLİ HƏSƏNOV HAQDA RƏYLƏR

"Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ təhsil sisteminin oxşarıdır”.


Bunu Sfera.az-a açıqlamasında Türkiyə mətbuatının Prezidentin sabiq köməkçisi Əli Həsənovun FETÖ ilə əlaqələrinin olması haqda yazdıqlarına münasdibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:


 

"Uzun müddət Azərbaycanda digərlərilə yanaşı Əli Həsənovun da FETÖ ilə əlaqəli olması ilə bağlı çoxsaylı materiallar dərc olunub. Azərbaycanda ümumiyyətlə FETÖ ilə əlaqəsi olan adamların sayı kifayət qədərdir. Bir vaxtlar çoxları hakimiyyətə gəlmək, yüksək vəzifə tutmaq, deputat olmaq üçün FETÖ-nün güc və yardımından istifadə etmək üçün az qala yarışa çıxmışdılar.

 

Bu baxımdan Əli Həsənovun da FETÖ ilə hər hansı bir əlaqəsinin olduğunu düşünmək olar. Azərbaycanda Əli Həsənovun ailəsinə bağlı "Kaspi” Təhsil sisteminin özü bir növ FETÖ-nün təhsil sisteminin oxşarıdır. Türkiyə kəşfiyyat orqanlarının Azərbaycanda kimlərin FETÖ-çü olduğu barədə ciddi məlumatları var.

 

Əli Həsənovun siyasi mövqeyində 5-6 il əvvəl dəyişiklik olduğunu hiss etdim. Əvvəllər o Rusiyanın ölkəmizdəki qrupuna daxil idi, sonradan bir vaxt gördüm ki, onda antirus mövqeyi formalaşıb və Türkiyənin mövqeyinə yaxınlaşıb. Görünür, bu fonda da FETÖ ilə əlaqələr qurub. O, bu əlaqəni FETÖ ilə qurubsa, "yağışdan çıxıb, yağmura düşmək” məsələsində olduğu kimi daha pisdir”.

 

"Bunun düzgünlüyünü sonrakı gedişat göstərəcək”



Bu sözlər isə Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadəyə məxsusdur: "Bu xarici ölkələrin mətbuat orqanlarının birində çıxan yazıdır. Nə dərəcədə düzgün olduğunu isə artıq sonrakı gedişat göstərər”

 

"Bu mənə aid olmayan bir mövzudur”



Belə bir açıqlama ilə isə siyasi şərhçi Azər Həsrət çıxış edib: "Düşünürəm ki, bu məsələyə Əli Həsənovun özü aydınlıq gətirsə daha məqsədəuyğun olar. Nə Əli Həsənovun vəkili olmamışam, nə də onun kimlə oturub durduğundan xəbərim yoxdur. Üstəlik FETÖ ilə bağlı məsələlərdə Türkiyədə hansı proseslərin baş verdiyini biz də görürük”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...