Kasilyas karyerasını bitirdi

Kasilyas karyerasını bitirdi
 

"Portu"nun ispaniyalı qapıçısı İker Kasilyas futbolçu karyerasını başa vurub.

 

Sfera.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun prezidenti Nunu Pintu məlumat verib. O bildirib ki, 38 yaşlı qapıçı özü yaxın günlərdə qərarını açıqlayacaq.

 

Təcrübəli qolkiper bir müddət öncə İspaniya Futbol Federasiyasında prezident postunu tutmaq üçün namizədliyini irəli sürdüyünü bəyan etmişdi.

 

Kasilyas futbola 1990-cı ildə Madrid "Real"ın başlayıb və 1998-ci ildə peşəkar karyera qurub. O, 2015-ci ildə "Portu"ya keçib. Təcrübəli qapıçı 2000-2016-cı illərdə İspaniya millisində 167 oyun keçirib.



OXŞAR XƏBƏRLƏR