Kaşıkçı qətlinin səs yazısı yayıldı: "İlk dəfədir, cəsədi yerdə kəsirəm..."

Kaşıkçı qətlinin səs yazısı yayıldı:
Birləşmiş Millətlər Təşkilatının qanunsuz edam qərarları haqqında xüsusi məruzəçisi Aqnes Kallamard səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı hesabat hazırlayıb. 

Haber7.com xəbər verir ki, hesabatda C.Kaşıkçının qətlindən əvvəlki səs yazılarının stenoqramı dərc olunub.

Səs yazısında jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olduqdan sonra qatillərlə söhbəti əksini tapıb.

Dialoq belə baş tutub:

Qatil: Səni Səudiyyə Ərəbistanına aparmağa gəlmişik. Barəndə həbs qərarı var. Bayırda səni gözləyənlərə mesaj göndər və gəlməyəcəyini de!

Kaşıkçı: Onlara nə deyim? "Yaxın vaxtlarda görüşərik? Qaçırılıram?” Elə mesaj göndərməyəcəyəm.

Qatil: Mesajı dərhal yaz! Tələs! Bizə kömək etməsən, bunun necə nəticələnəcəyini bilirsən.

Kaşıkçı: Masanın üstündəki dərmanlar mənim üçündür?

Qatil: Səni keyləşdirəcəyik.

Bu dialoqdan sonra dava səsləri eşidilir.

Bir neçə dəqiqə sonra qatillər öz aralarında söhbət edir:

- Cəsədi paketlərə yığaq?

- Yox, onda ağır olacaq.

- Problem deyil. 

- İlk dəfədir ki, yerdə kəsirəm. Cəsədi hissələrə bölüb paketlərə yığsaq, işimiz bitəcək. Hər parçanı ayrı-ayrı paketlərə yığaq.

Bundan əvvəl isə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd əl-Uteybi hələlik şəxsiyyəti məlum olmayan bir nəfərlə söhbət edib. Söhbət zamanı həmin şəxs Səudiyyədən bir qrup insanın konsulluqda 2-3 günlük işinin olacağını bildirib. 

Qeyd edək ki, C.Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi iddia olunur.

Samir İsayev

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...