Kartofu da, çayı da xaricdən alırıqsa... – “Kənar müdaxilələr yerli istehsalı çökdürüb”

Kartofu da, çayı da xaricdən alırıqsa... – “Kənar müdaxilələr yerli istehsalı çökdürüb”
"Azərbaycan əslində kənd təsərrüfatı məhsullarına, tərəvəzə olan tələbatı daxili imkanlar hesabına ödəmək üçün böyük potensiala malikdir. Amma təəssüf ki, bu potensialdan az istifadə edirik”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında cari ilin 7 ayında Azərbaycanda tərəvəz idxalının 43,3, kartofun 14,1 və çay idxalının isə 3,9 faiz artması səbəblərindən danışarkən, İqtisad Universitetinin dosenti Qadir Bayramlı deyib. 
 
Həmsöhbətimizin fikrincə, təsərrüfatlar intensiv deyil, ekstensiv yolla inkişaf etdirilməsi də bir çox aqrar məhsullar üzrə idxaldan asılı olmağımıza rəvac verib:

"Əkin sahələri çoxdur, amma məhsuldarlıq aşağıdır. Heyvan sayı çoxdur, amma ət və südün miqdarı azdır. Fermerlərin problemləri kəskin olaraq qalmaqdadır. Aldıqları kreditlərin faizi yüksəkdir, miqdarı isə azdır. Aqrosığorta yoxdur. Məhsul zay olduqda fermer götürdüyü kreditlə belə məsrəfləri ödəyə bilmir”.
 
Q. Bayramlı qeyd edir ki, fermer təsərrüfatlarına edilən kənar müdaxilələr də onların inkişafına maneə olur:
 
"Yerli icra orqanları tərəfindən kənar müdaxilələr hələ də davam edir. Fermer bazar araşdırması sahəsində ciddi bilgiyə malik deyillər. İnsanlar heç bir araşdırma aparmadan pərakəndə şəkildə bu və ya digər məhsulu istehsal edir. Əsas kənd təsərrüfatı rayonu olan Aranda su qıtlığının olması da sözügedən məsələdə inkişafa nail olmağa imkan vermir”.
 
Ekspertin sözlərinə görə, su qıtlığı da sözügedən problemin yaranmasına gətirib çıxarır: 
 
"Su qıtlığı əsasən də orta və kiçik sahibkarların işini daha da ağırlaşdırır. Suvarma şəbəkəsi də əsasən köhnə qurğulardan ibarətdir. Onun yenilənməsinə ehtiyac var. Elə yerlər var ki, su itkisi 30 faizdən çoxdur. Yerlərdə fermerlərin vəziyyəti öyrənilmir. Kənd təsərrüfatı işçisinin elektron vasitələrdən istifadə etmək səviyyəsi aşağıdır. Rayon fermerləri inhisarçılıq səbəbindən öz məhsullarını böyük bazarlarda sata bilmir. Bölgələrdə tədarük məntəqələrinin olmaması da prosesdə öz rolunu oynayır”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Sfera.az xəbər ve...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...