Kartofu da, çayı da xaricdən alırıqsa... – “Kənar müdaxilələr yerli istehsalı çökdürüb”

Kartofu da, çayı da xaricdən alırıqsa... – “Kənar müdaxilələr yerli istehsalı çökdürüb”
"Azərbaycan əslində kənd təsərrüfatı məhsullarına, tərəvəzə olan tələbatı daxili imkanlar hesabına ödəmək üçün böyük potensiala malikdir. Amma təəssüf ki, bu potensialdan az istifadə edirik”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında cari ilin 7 ayında Azərbaycanda tərəvəz idxalının 43,3, kartofun 14,1 və çay idxalının isə 3,9 faiz artması səbəblərindən danışarkən, İqtisad Universitetinin dosenti Qadir Bayramlı deyib. 
 
Həmsöhbətimizin fikrincə, təsərrüfatlar intensiv deyil, ekstensiv yolla inkişaf etdirilməsi də bir çox aqrar məhsullar üzrə idxaldan asılı olmağımıza rəvac verib:

"Əkin sahələri çoxdur, amma məhsuldarlıq aşağıdır. Heyvan sayı çoxdur, amma ət və südün miqdarı azdır. Fermerlərin problemləri kəskin olaraq qalmaqdadır. Aldıqları kreditlərin faizi yüksəkdir, miqdarı isə azdır. Aqrosığorta yoxdur. Məhsul zay olduqda fermer götürdüyü kreditlə belə məsrəfləri ödəyə bilmir”.
 
Q. Bayramlı qeyd edir ki, fermer təsərrüfatlarına edilən kənar müdaxilələr də onların inkişafına maneə olur:
 
"Yerli icra orqanları tərəfindən kənar müdaxilələr hələ də davam edir. Fermer bazar araşdırması sahəsində ciddi bilgiyə malik deyillər. İnsanlar heç bir araşdırma aparmadan pərakəndə şəkildə bu və ya digər məhsulu istehsal edir. Əsas kənd təsərrüfatı rayonu olan Aranda su qıtlığının olması da sözügedən məsələdə inkişafa nail olmağa imkan vermir”.
 
Ekspertin sözlərinə görə, su qıtlığı da sözügedən problemin yaranmasına gətirib çıxarır: 
 
"Su qıtlığı əsasən də orta və kiçik sahibkarların işini daha da ağırlaşdırır. Suvarma şəbəkəsi də əsasən köhnə qurğulardan ibarətdir. Onun yenilənməsinə ehtiyac var. Elə yerlər var ki, su itkisi 30 faizdən çoxdur. Yerlərdə fermerlərin vəziyyəti öyrənilmir. Kənd təsərrüfatı işçisinin elektron vasitələrdən istifadə etmək səviyyəsi aşağıdır. Rayon fermerləri inhisarçılıq səbəbindən öz məhsullarını böyük bazarlarda sata bilmir. Bölgələrdə tədarük məntəqələrinin olmaması da prosesdə öz rolunu oynayır”.
 
Elçin
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

MDB ölkələrinə uçuş 1 ayda 111 manat BAHALAŞIB

Bu ilin avqustunda Azərbaycandan MDB ölkələrinə uçuş qiymətləri bir qədər də artıb.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, MDB ölkələr...

Neft Fondundan büdcəyə transfert azaldılacaq

2022-ci ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği azaldılacaq.  Maliyyə Nazirliyinin təqdim etdiyi bü...

İqdırdan Azərbaycana yol çəkilməsi hansı üstünlüklər qazandıracaq? - Açıqlama

"İqdırdan Naxçıvana çəkiləcək yol ölkəmizin ticarət həcminin elastikliyinə nail olacağıq. Bu da mühüm əhəmiyyət kəsb edir. Layihənin uğur qazanacağını düşünür...

"İran məhsulları asanlıqla alternativlərlə əvəzlənə bilər" - İranla ticarət dövriyyəsi azalarsa, Azərbaycan heç nə itirməyəcək

İranla yaşanan son münasibətlər fonunda iki ölkə arasındakı iqtisadi əlaqələr də müzakirə obyektinə çevrilib.    Maraqlıdır, baş verənlər iki dövlət...

10,989 milyard manat nağd pul banklardan kənardadır

Azərbaycanda olan bütün pulların 38,3 faizi nağd formadadır. Mütləq ifadədə 31,289 milyard manat olan pul kütləsinin 11,981 milyard manatı nağd pullardan ibarət...

Neft qiymətləri bu səviyyədə qalmasa... - Manatın sabitliyinə TƏHLÜKƏ VAR?

Azərbaycanın cari əməliyyatlar balansında müsbət saldonun (fərqin) yaranmasının neft qiymətlərindən asılılığı artır. Məhz neft qiymətlərinin əlverişli səviyyədə...