Kartal Tibet vəfat etdi
Maqazin
10:26 / 02.07.2021
1542
"Yeşilçam” ulduzu, ssenarist və rejissor Kartal Tibet vəfat edib.
Sfera.az bildirir ki, bu barədə aktyor Civan Canova sosial şəbəkə hesanında paylaşım edib. "Əlvida, Kartal. Sənin üçün çox darıxacam” , - deyə o əlavə edib.
Aktyor 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 1938-ci ildə Ankarada doğulan kartal Tibet 200-dən çox filmə imza atıb. O, "Tarkan”, "Sarmaşıq gülləri”, "Boş çərçivə”, "Zanbaqlar açarkən”, "Çalıquşu” kimi bir çox məşhur filmlərdə rol alıb.
Türkan
Sfera.az