Karateçilərimiz Çinə üz tutdu

Karateçilərimiz Çinə üz tutdu
 

Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız 23-27 oktyabr tarixlərində Çilinin paytaxtı Santyaqo şəhərində XI dünya çempionatında iştirak edəcək. 

Sfera.az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik edəcək. Kumite üzrə baş məşqçi Anar Allahverdiyev və qadınların baş məşqçisi Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov mötəbər yarışda 14 idmançının mübarizə aparmasına üstünlük verib.

14-15 yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev (-52 kq) və Rumil Cəfərli (-57 kq), 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Hüseyn Məmmədli (-61 kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə (-76 kq), Namiq Quliyev (+76 kq), Polina Qurenko (-53 kq), Ayla Rzazadə (-59 kq) və Fidan Dadaşova (-48 kq), 21 yaşadək gənclərin yarışında isə Hümmət Baxşəliyev (-67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) çıxış edəcək. Roman Heydərov bu yaş dərəcəsinin kata yarışlarına qatılacaq. 

Dünya çempionatını idarə etmək üçün beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov, eləcə də Media və İcitamiyyətlə İşlər katibi Sənan Məhərrəmov heyətlə birgə Çiliyə ezam olunub. 

Qeyd edək ki, yeniyetmə və gənclərin XI dünya çempionatında 96 ölkədən 1557 idmançı mübarizə aparacaq.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...