Karantində bu da oldu: toyuq hinində toplaşıb çay içdilər - FOTO

Karantində bu da oldu: toyuq hinində toplaşıb çay içdilər - FOTO
Türkiyədə karantinlə bağlı küçəyə çıxmağın qadağan olduğu saatlarda çay içmək üçün toyuq hininə toplaşan 4 nəfər cərimələnib.

 

 

Sfera.az xəbər verir ki, hadisə Bursa şəhərinin İnəgöl rayonunda baş verib.


Kamalpaşa məhəlləsində yerləşən evlərdən birində oğurluq edildiyi ilə bağlı məlumat alaraq əraziyə gələn polislər evin yanındakı toyuq hininin işığının yandığını görüblər. Onlar qapını zorla açaraq içəri girdikdə isə çay içən 4 nəfərlə qarşılaşıblar. Karantini pozduqlarına görə, onların hər birinə 3 150 türk lirəsi cərimə yazılıb, toyuq hininin sahibi isə maska taxmadığına görə 900 lirə cərimələnib.

 

Jalə Mehdi

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR