“Karantin yumşaldıqca intihar halları da artacaq” - Psixoloq

“Karantin yumşaldıqca intihar halları da artacaq” - Psixoloq
"Karantin yumşaldıqca intihar halları da artacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında karantin məhdudiyyətlərinin uzanmasının intihar sayının artmasına rəvac verdiyi barədə deyilən fikrilərə münasibət bildirərkən psixoloq Elnur Rüstəmov deyib:

Sərt karantin rejimində insanların bütün diqqəti COVİD-19-dan qorunmağa yönəlmişdi.  İnsanlar həmin dövrdə daha çox çalışırdı ki, koronavirusa yoluxmasınlar. Karantin rejimi yumşalmağa doğru getdikdə, COVİD-19 həyatımızdan çıxdıqca isə, intiharlar, ailə daxili konflikt və zorakılıqlar, insanlardakı psixoloji narahatçılıq artmağa başladı. Bunun özünün də səbəbləri var”.

Həmsöhbətimiz qeyd etdi ki, virusla mübarizədə və müharibə dövründə insanların əsas diqqəti bu iki məsələyə yönəldiyindən, intihara meyllilik arxa plana keçmişdi:
 
"Çünki dünənə qədər bütün insanlarımızın diqqəti yoluxmamaq və sağ qalmağa yönəlmişdi. Eyni prosesi 44 günlük müharibə dönəmində də müşahidə etdik. Bu dövrdə də bütün diqqət müharibəyə, qələbə qazanmağa yönəldiyindən, intiharların sayı, ailə daxili konfliktlər də azaldı. Ona görə ki, müharibə zamanı da düşmənlə vuruşurduq, bu mənada COVİD-19-da düşməndir. Yəni bu prosesdə insanın bütün diqqəti xəstəliyə yönəldiyindən intiharlar və digər neqativ düşüncələrin hamısı arxa planda qalır. Lakin karantin yumşaldıqca, həyat əvvəlki halına qayıtdıqca intihar halları da intensivləşəcək”.

Psixoloq bildirdi ki, intihar hadisələri mətbuatda xüsusi çılpaqlığı ilə verilməməlidir:
 
"Bu məsələdə diqqətli olmaq lazımdır. Elə ölkələr var ki, bu cür xəbərlərin verilməsinə qadağa qoyulub.  Azərbaycanda isə nəinki xəbər verilir, hətta bu barədə tamam başqa istiqamətlərdə müzakirələr belə aparılır”.

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...