Karantin yumşaldılanda öncə hansı qadağalar götürüləcək? – Baş infeksionistdən açıqlama

Karantin yumşaldılanda öncə hansı qadağalar götürüləcək? – Baş infeksionistdən açıqlama

"İlk olaraq istehsal sahəsində və günəmuzd işdə çalışanların işə çıxmalarına imkan verilməli, onlar üzərində olan qadağalar götürülməlidir”.


Sfera.az-a açıqlamasında bu sözləri mayın 4-nə qədər uzadılan karantin rejiminin sonrakı mərhələdə tədricən yumşaldıla biləcəyi fonunda ilk olaraq hansı qadağaların götürülə biləcəyinə aydınlıq gətirərkən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib:

 

"May ayının 4-nə qədər uzadılan karantin rejiminin ondan sonrakı mərhələdə tədricən yumşaldılması, ümumiyyətlə həmin tarixdən sonra karantin rejiminin götürülüb-götürülməyəcəyini indidən söyləyə bilmərik. Bu baxır, ölkədə həmin vaxta qədər vəziyyətin necə olmasına. Virusdan xəstələnmə halları azalarsa, yəqin ki, bu zaman vəziyyət qiymətləndirib karantin rejiminin yumşaldılması, hətta ləğvi barədə fikirləşmək olar. Mərhələli şəkildə rejimin yumşaldılması fonunda ilk olaraq hansı qadağaların götürülməsi məsələsi də Nazirlər Kabineti yanında yaradılan Qərargahın verəcəyi rəy əsasında həyata keçəcək. Şəxsən hesab edirəm ki, yumşalma fonunda ilk olaraq istehsal sahəsində və günəmuzd işdə çalışanların işə çıxmalarına imkan verilməlidir”.

 

Baş infeksionist bu məsələdə həddən çox ehtiyatlı hərəkət etməyi vacib bildi:"İnsanların kütləvi toplaşdığı məktəblər, universitetlər, ticarət mərkəzlərinin fəaliyyətə başlamasına hələlik icazə verilməməlidir. Bu prosesə sonrakı mərhələdə baxmaq olar. Ona görə də bu məsələdə ehtiyatlı olmalıyıq. Dünyada belə fikirlər səslənir ki, koronavirus hələlik öz maksimal gücünü göstərməyib. Buna hələ var. Havaların istələşməsinin ciddi təsiri yoxdur, amma hər halda onun da müəyyən təsiri olmamış deyil. Koronavirusla zarafat etməməliyik”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR