“KARANTİN TƏDBİRLƏRİ SƏRTLƏŞDİRİLƏCƏK, HƏTTA…” – Cabbarovdan “hələ sevinməyin” mesajı

“KARANTİN TƏDBİRLƏRİ SƏRTLƏŞDİRİLƏCƏK, HƏTTA…” – Cabbarovdan “hələ sevinməyin” mesajı
"Pandemiyanın müddətini dəqiq proqnozlaşdırmaq mümkün deyil və bu müddət qaydalara riayət edilməsindən asılıdır”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidir. Fərdi gigiyena və sosial məsafə gündəlik həyat tərzinə çevrilməlidir”, – deyə nazir əlavə edib.

M. Cabbarov qeyd edib ki, sanitar epidemioloji göstəricilər proqnozlaşdırılan səviyyəyə çatarsa, onu aşarsa və hər hansı təhlükə yaranarsa, tədbirlərin yenə də sərtləşdirilməsi imkanı, hətta planlaşdırılmış səkildə məhdudiyyətlərin tətbiqi müzakirə mövzusu ola bilər.

OXŞAR XƏBƏRLƏR