“Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımlar atıla bilər” - Deputat

“Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımlar atıla bilər” - Deputat
"Koronavirusun yeni "Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmək niyyətindədir. İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqladı”.
 
Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Millət vəkili sözügedən ştammın neft birjalarına təsir etdiyini diqqətə çatdırıb:
 
"Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda "Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. "Omirkon” variantından ehtiyatlansalar da birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlidirlər. Bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr "lock down” qərarları ehtiyatla qəbul edilir”.
 
Deputat Azərbaycanda da yeni mutasiya ilə əlaqədar qapanmaların ola biləcəyini qeyd edib:
 
"Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, "Omikron” variantının təsirləri və yayılma coğrafiyası və eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...