Karantin rejimini pozmağa görə cəzalar - 5 il həbsə qədər

Karantin rejimini pozmağa görə cəzalar - 5 il həbsə qədər
 

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimini pozan şəxslər məsuliyyətə cəlb edilir.

Sfera.az  "report”a istinadən xəbər verir ki, qanunvericilikdə bununla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə,

  • fiziki şəxslər 100 manatdan 200 yüz manatadək,
  • vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək,
  • yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu əmələ görə, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
Maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır.
İnzibati həbslə və hüquqi şəxslərin cərimələnməsi ilə bağlı protokollar isə baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.

Bundan başqa, Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 139-1-ci maddədə də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib.

Belə ki, bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - FOTO

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin ...

Prezident: "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək"

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq...

53 abituriyent buraxılış imtahanından maksimum bal toplayıb - ADLAR

Xəbər verdiyimiz kimi, 10 mart 2024-cü il tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub.  ...

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmə...

Polşada məktəblərlə bağlı QƏRAR VERİLDİ: "1-3-cü sinif şagirdləri..."

Polşada ibtidai və orta məktəb şagirdləri üçün məcburi ev tapşırığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk...

İlham Əliyev: "Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq"

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbay...