Karantin rejiminə nəzarətin gücləndirilməsi qərara alındı - FOTO

Karantin rejiminə nəzarətin gücləndirilməsi qərara alındı - FOTO
 Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib.

Sfera.az xəbər verir ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı 68 rayon və şəhərin İcra hakimiyyəti başçıları, DİN və DTX-nın yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak edibər.

Baş nazir Əli Əsədov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu müharibəni qələbə ilə başa vuraraq işğal altında olan torpaqları azad edib:

"Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunub. İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik". 

Müşavirədə son bir neçə həftə ərzində ölkə ərazisində pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasna nəzarət və s. məsələlər müzakirə olunub.

Yoluxmanın xüsusilə yüksək olduğu rayon və şəhərlərdəki vəziyyət ayrıca müzakirə olunub.

Müşavirədə qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.

OXŞAR XƏBƏRLƏR

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...