Karantin rejimi yumşaldıldı: Ticarət və xidmət sektorunda nə baş verəcək? - ŞƏRH

Karantin rejimi yumşaldıldı: Ticarət və xidmət sektorunda nə baş verəcək? - ŞƏRH

Gözləntilərə əsasən, iyunun 1-dən ticarət və xidmtə sektoru üzrə tətbiq olunan karantin tədbirləri bir qədər də yumşaldılacaq. Bu dəfə daha iri ticarət müəssisəslərinin fəaliyyətinə icazə veriləcək, icazə verilən ictimai iaşə müəssisələrinin fəaliyyət müddəti uzadılacaq.


Sfera.az xatırladır ki, mayın 18-dən etibarən Azərbaycanda karantin rejimi bir qədər də yumşaldılıb. Ərzaq mağazaları ilə bərabər qeyri-ərzaq mağazaları (iri ticarət mərkəzləri istisna olmaqla) bəzi ictimai iaşə müəssisələri (restoran, kafe, yeməkxana) və başqa xidmət, ticarət müəssisələrinin iş fəaliyyətinə icazə verilib. Bəs, karantinin yumşaldılması iqtisadi aktivliyə nə vəd edir?


Karantin tədbirlərinin yumşaldılması, ticarət və xidmət müəssisələrinin fəaliyyətinə icazə verilməsi ölkədə iqtisadi aktivliyi artmasına, əhalinin xərclərinin yüksəlməsinə və istehlak bazarındakı dövriyyənin böyüməsinə xidmət edəcək. Karantinlə əlaqədar mart və aprel aylarında bir çox ticarət və xidmət müəssisələrinin fəaliyyətinin dayandırılması pərakəndə ticarətin həcminin xeyli azalmasına, ictimi iaşə dövriyyəsinin kiçilməsinə səbəb olub.

 

Belə bir vəziyyət iqtisadiyyata ciddi zərər yetirib, dövlət büdcəsinin gəlirlərinin artımını əngəlləyib. 2020-ci ilin yanvar-aprel ayları ərzində ÜDM istehsalı 0,2 faiz artsa da qeyri-neft sektoru üzrə 0,8 faiz geriləmə qeydə alınıb. Bu dövrdə neft-qaz sektorunda 1,5 faiz artıma nail olunub. Qeyri-neft sektorundakı kiçilmə məhz ticarət və xidmət sektoru üzrə tətbiq edilən məhdudiyyətlərdən qaynaqlanıb.

 

Məlumdur ki, maydan "OPEC+” ölkələrinin əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan neft hasilatını xeyli azaldacaq. Belə bir vəziyyətdə əgər qeyri-neft sektoru üzrə də azalma davam edərsə, o halda maydan iqtisadiyyatda kiçilmə baş verəcək. Azərbaycan hökumətinin ticarət və xidmət sektoruna qoyulan məhdudiyyətin xeyli azaltmasında əsas məqsədlərdən biri də məhz iqtisadi geriləməni dayandırmaq və ya geriləmənin böyük olmasının qarşısını almaqdır. Bu baxımdan karantinin yumşaldılmasının iqtisadi səmərəsi böyük olacaq.


Karantinin yumşaldılması daha çox pərakəndə ticarət dövriyyəsini artıaracaq və pərakəndə ticarət yenidən genişlənməklə iqtisadi artımı dəstəkləyəcək. Yanvar-aprel ayları ərzində pərakəndə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalıb. Qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəifləyib aprel ayında mart ayı ilə müqayisədə dövriyyə 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb.


Pərakəndə ticarətin həcminin kiçilməsi iqtisadiyyata hərtərəfli zərər vura bilər. Pərakəndə ticarət kiçildikdə ticarət müəssisələrinin gəliri aşağı düşür, banklarda dövr edən vəsait azalır, dövlət büdcəsinin gəlirləri azalır, ölkəmizdə emal sənayesinin dövriyyəsi kiçilir, həmin müəssisələrin mənfəəti azalır.

 

Bu baxımdan pərakəndə ticarətin azalması arzulanan hal deyil və onun davamlı olması olduqca pisdir. Pərakəndə ticarətin kiçilməsinin yalnız bir faydası var, o da idxalın miqdarının azalmasıdır.


Azərbaycanda əhali pərakəndə ticarət şəbəkəsindən istehlak mallarının əldə olunmasına öz gəlirlərinin təqribən 75-80 faizini xərcləyir. Xərclənən pul ticarət obyektlərinin, şirkətlərin mədaxili şəklində banklarda cəmləşir. Bununla da ticarət hesabına dövlətin maliyyə sabitliyinin əsasları formalaşdırılır.

Dövlət büdcəsinin mədaxil hissəsinin yerinə yetirilməsi əsasən ticarət sahəsinin fəaliyyət göstərməsindən asılıdır. Büdcə gəlirlərinin xeyli hissəsi dolayısı vergilər (əlavə gəlir vergisi, aksizlər) hesabına formalaşır. Bu vergilərin önəmli hissəsi ticarətdən toplanmaqla dövlət büdcəsinə daxil olur. 2020-ci ildə ƏDV üzrə daxili əməliyyatlardan 2,03 milyard manat, aksizlər üzrə 750 milyon manat gəlir proqnozlaşdırılır. Bu gəlirin çox hissəsi ticarətdən əldə edilməlidir. Bundan başqa 2,65 milyard manat mənfəət vergisi də toplanmalıdır. Burada da əldə ediləcək gəlirin bir hissəsi ticarət və onunla əlaqəli sektorların payına düşür.

 

 

 

Ticarət həm də kredit sistemi ilə sıx qarşılıqlı əlaqədədir. Çünki bankların verdiyi kreditlərin daha çox hissəsi məhz əhalinin ticarət xərclərinə görə istifadə edilir. Ümumən kreditlərin 60,5 faizi, yəni 9,4 milyard manatdan çox hissəsi birbaşa əhaliyə və ticarət sektoruna ayrılıb. Əhalinin və ticarət müəssisələrinin aldığı kreditin böyük hissəsi pərakəndə ticarətdə istifadə olunur. Deməli, pərakəndə ticarət kiçiləndə bankların kredit vermək üçün müştəri tapmaq problemi yaranır.

 

Pərakəndə ticarətin kiçilməsi daha çox ölkə iqtisadiyyatı üçün zərərlidir. Bunu nəzərə alan Azərbaycan hökuməti ölkəmizdə koronavirus infeksiyasının yayılmasının davam etməsinə baxmayaraq ticarət müəssisələrinin fəaliyyətinə və əhalinin sərbəst hərəkətinə tətbiq etdiyi məhdudiyyətləri xeyli azaldıb.

 

 

 

Vasif CƏFƏROV

 

 

 


OXŞAR XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...