Karantin rejimi psixikamızı belə məhv edir – Psixoloqdan açıqlama

Karantin rejimi psixikamızı belə məhv edir – Psixoloqdan açıqlama
Artıq bir ildən çoxdur ki, karantin rejimində yaşayırıq. Aylarla toy, şənlik, gülər üz görməyən insanlar həm də küçədə xoş sima əvəzinə tibbi maskalı şəxslərlə qarşılaşırlar.
 
Maraqlıdır, bu durum insanların ruh halına, depresiyaya, intiharlara meyllənməsinə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı psixoloq Fərqanə MehmanqızıSfera.az-a hər kəsdə bədbinlik, aqressiya, somatik depressiya, panik atak, xroniki depressiya əlamətlərinin görüldüyünü bildirib:
 
"Çünki insanlar bir ildən çoxdur, karantinin nəticələrindən əziyyət çəkirlər. Onlarda azadlıq hissinin məhdudiyyəti var. Biz hər an pis nəsə baş verə biləcəyini anlayır və sanki bunu gözləyirik. Ən böyük zərbə isə sabah hansı xəbərlərin, məlumatın olacağını bilməməkdir. Bu kimi faktlar insanlarda daxili aqressiyaya səbəb ola bilir. Təbii ki, bunlar da intiharların artmasına, ailədaxili şiddətin çoxalmasına və bədbinliyə gətirib çıxarır”.

Psixoloq qeyd edib ki, bu gün işlə bağlı məhdudiyyətlər, insanların asosiallaşması, özünü sosial mühitdə tətmin edə bilməməsi, bir-birilə münasibət qura bilməməsinə gətirib çıxarır:
 
"İnsanlar bir həftə, bir ay sonranın planını cıza bilmirlər. Planları alt-üst olur. Bu da insan psixologiyasında müəyyən sarsıntılara səbəb ola bilər. Hər bir şəxs müəyyən hadisələri özünün psixoloji durumuna uyğun olaraq dəyərləndirir. Pandemiyanın zərəri isə hazırda  psixoloji durumu zəif insanlarda daha çox hiss olunur”.

F.Mehmanqızının sözlərinə görə, Azərbaycan xalqının normal duruma adaptasiyası çətin olacaq : "Çünki biz emosional cəmiyyətik. İnsanların psixoloji ruh halının normallaşması müəyyən müddət alacaq. Bu müddətdə nələrin baş verəcəyi və cəmiyyətimizə necə təsir edəcəyini isə zamanla görəcəyik”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...