No Image
No Image

Karantin rejimi ilə bağlı daha bir AÇIQLAMA

Karantin rejimi ilə bağlı daha bir AÇIQLAMA
Bir ildən çoxdur ki, koronavirus pandemiyası ilə mübarizə aparırıq. Bu mübarizə dövründə dəfələrlə sərt karantin rejimində yaşamalı olmuşuq. Eyni zamanda, karantin rejiminin yumşalmalarına da şahidlik etmişik.

Son günlər Azərbaycanda koronavirusa yoluxmada azalmalar baş verir. Bunu və havaların istiləşdiyini nəzərə alaraq, karantin rejimində hər hansı yumşalmalara gedilə bilərmi? Məsələn, açıq havada maska taxmamaq kimi və s.

Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı Modern.az-a danışarkən ölkəmizdəki vəziyyəti qonşu ölkələrlə müqayisə edib:

"Hər bir ölkənin müxtəlif situasiyaları var. Bu situasiyalara uyğun olaraq karantin rejimi sərtləşdirilə və ya yumşaldıla bilər. Hazırda bizdə vaksinasiya prosesi davam edir. Karantinin sərtləşdirilməsinə ciddi zərurət yoxdur. Biz hamımız çalışmalıyıq ki, indiki dövrdə epidemiya əleyhinə bütün tədbirlərə əməl edək.

Vaksinasiyanı da sürətləndirək ki, karantin rejimilə bağlı sərtləşdirməyə deyil, yumşalmaya gedə bilək. Yay fəsli yaxınlaşır. İnsanların istirahət etmək ehtiyacları, immunitetlərini möhkəmləndirmək üçün günəşdə olmaq zərurətləri var. Bunları nəzərə alaraq hamımız vətəndaş və cəmiyyət olaraq məsələyə daha ağıllı yanaşmalıyıq. Bu dəqiqə sərt karantinə keçmək zərurəti yoxdur”.

M.Quliyev vətəndaşları vaksinasiyaya daha çox cəlb olunmağa çağırıb:

"Bununla özləri ilə yanaşı, yaxınlarının da həyatını xilas etmiş olurlar. Vaksinasiya prosesi bütövlükdə dövlətimizin, cəmiyyətimizin bu vəziyyətdən çıxmasına gətirəcək.

Bildiyimiz kimi, İsrail dövləti pandemiya şərtlərini bütünlükdə aradan qaldırıb. Çünki əhalinin 50 faizdən çoxu peyvənd olunub. ABŞ təxminən 1 aydan sonra bütün məhdudiyyətləri götürməyi planlaşdırır. Orada da geniş şəkildə vaksinasiya aparılıb.

Bizdə də bu proseslər baş verə bilər. Ona görə də hamımız vaksinasiyaya daha çox əhəmiyyət verməliyik. Əhalimizin təxminən 40-45 faizi vaksinasiyaya cəlb olunsa, bütün qadağaları qaldıra, əvvəlki həyatımıza qayıda bilərik.

Pandemiya şəraitinin nə vaxta qədər davam edəcəyini heç birimiz deyə bilmərik. Amma düşünürəm ki, qarşıdakı qış aylarında indiki kimi yoluxma halı qeydə alınmayacaq”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yol polisi sirkə içən uşağı ölümdən xilas etdi - VİDEO

Bu gün Bakı-Sumqayıt yolunda yol polisi əməkdaşları ağır vəziyyətdə olan uşağın xəstəxanaya çatdırılmasına köməklik göstəriblər. Sfera.az xəbər verir ki, ...

Bakı metrosu “97 qəpik” məsələsinə aydınlıq gətirdi

Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir”. Sfe...

TRT AZTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır

TRT Qarabağla bağlı sənədli film hazırlayır. Bu barədə TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Eren "Yeni Azərbaycan” qəzetinə müsahibəsind...

Qarabağ Dirçəliş Fondu ƏDV-dən azad olundu

Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxsi dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad o...

29 sahibkarlıq subyekti cərimələndi

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olun...

Bakı-Sumqayıt yolu bağlandı

Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, "VAZ dairəsi” kimi adl...