Karantin rejimi ilə bağlı açıqlama: Mayın 11-dən sonra...

Karantin rejimi ilə bağlı açıqlama: Mayın 11-dən sonra...
 

Xəbər verdiyimiz kimi bu gündən karantin rejimin növbəti yumşalmasına görə bir çox müəssisələr fəaliyyətini bərpa edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mayın 1-də keçirilən brifinqdə 65 yaşdan yuxarı olan insanların çölə çıxma məsələsinin müzakirə olunduğu bildirib. İbrahim Məmmədovun bu fikirini bir çoxları mayın 11-fə karantin rejiminin bitməsi kimi anlayıb. Mayın 11-də karantin rejim ləğv ediləcəkmi?

 

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, koronavirusla mübarizənin sonuncu mərhələsindəyik: "Artıq karantin rejiminin mərhələli şəkildə sonlandırılması istiqamətində işlər gedir. Bakı, Sumqayıt, Lənkəran, Abşeron, Gəncə istisna olmaqla qalan bölgələrdə demək olar ki, karantin rejimindən çıxma mərhələsinə keçmişik. Ancaq o demək deyil ki, o bölgələrdə yaşayan insanlar sosial izolyasiya və məsafə qaydalarına riayət etməməlidir. Koronavirus təhlükəsi hələ ortadan qalxmayıb. O ki qaldı Bakıda və digər bölgələrdə yaşlı insanların karantin şəraitindən çıxma məsələsinə, mayın 11-də bu məsələ baxılacaq. Əlbəttə bu qərara uyğun biz öz fəaliyyətimizi quracağıq. Amma karantin rejiminin mayın 11-də bitməsi ilə bağlı fikirlər səsləndirmək üçünü hələlik tezdir. Mayın 11-nə kimi istər 65 yaşa qədər, istərsə də o yaşdan yuxarı insanların Operativ Qərargahın verdiyi qərarlara əməl etməlidir. Onların evdən çölə çıxma icazəsi yoxdur. Hər hansı şəkildə qanuna əməl etməyənlər həm özlərini təhlükə altına atır həm də onların bu addımı inzibatı hüquqi məsuliyyət yaradır. Ümid edirəm ki, mayın 11-nə kimi epidemoloji vəziyyət daha da yaxşılaşar. Ona da uyğun qərarlar qəbul olunar. Bəlkə də başqa yumşaldıcı qərarlar da oldu. Hər halda biz epidemoloji vəziyyəti və ona da uyğun Operativ Qərargahın qərarlarını gözləməliyik".(sonxeber)


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...