Karantin qaydalarını pozan futbolçulara 7 oyunluq cəza verildi
19:08 / 19.11.2020
3063
Şotlandiyanın "Reyncers" klubunun futbolçuları Cordan Cons və Corc Edmundsona 7 oyunluq cəza verilib.
Sfera.az xəbər verir ki, hər iki oyunçu karantin qaydalarını pozduqları üçün cəzalandırılıb.
Noyabrın əvvəlində Cons və Edmundson karantinə alınsalar da, yaşadıqları evi tərk edərək qonaqlığa gədib.
"Reyncers" hadisədən sonra hər ikisini əsas komandadan kənarlaşdırıb və onları yenidən 2 həftəlik karantinə göndərib.