Karantin qaydalarını pozan 70 yaşlı kişi polisləri borclu çıxardı - VİDEO

Karantin qaydalarını pozan 70 yaşlı kişi polisləri borclu çıxardı - VİDEO
 Rusiya paytaxtında maraqlı hadisə yaşanıb. Belə ki, karantin qaydalarını pozan 70 yaşlı kişini saxlamaq istəyən polis özü borclu çıxıb.

Sfera.az xəbər verir ki, Moskva sakini Yevqeni Klimov özünə və qonşularına qəzet almaq üçün evini tərk edib. Lakin evindən 100 metr aralanmamış hüquq mühafizəçiləri onun qarşısını kəsib və xanımının gözü qarşısında saxlayaraq, polis şöbəsinə aparıb.

İdarədə söhbət etdikdən sonra kişi evə buraxılıb.

Lakin pensiyaçı özü prokurorluğa şikayət edib. Onun sözlərinə görə, polislər ara məsafəsini  qorumayıblar və ümumiyyətlə, ona əlcəksiz toxunublar.


 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR