Karantin qaydalarını ələ salan köşə yazarı ölkədən deportasiya edildi
15:51 / 19.07.2021
1333
Avstraliyada
COVID-19 epidemiyası səbəbilə tətbiq olunan karantin qaydalarını
pozacağını söyləyən birtaniyalı ifrat sağçı köşə yazarı Katie Hopkins ölkədən
deportasiya edilib.
Sfera.az xəbər
verir ki, bu haqda qərar yazarın instaqramda paylaşdığı videoda məcburi
karantin müddətinin davam etdiyi hotel otağına yemək gətirən ofisiantları
maskasız və çılpaq halda qarşılayacağını söylədikdən sonra verilib.
Avstraliya
Daxili İşlər naziri Karen Andryus yazarın karantin qaydalarını ələ salmasının dəhşətli
olduğunu və ölkəni tərk etməsi üçün lazımi tədbirləri gördüklərini söyləyib.
Vizası ləğv edilən
Katie Hopkins bu gün Sidney hava limanından ölkəni tərk edib. Televiziya
proqramında iştirak etmək üçün Avstraliyaya gedən K. Hopkins Sidneydəki hotellərdən
birində 14 günlük karantinə alınıb.
Müsəlmanlar
və immiqrantlar əleyhinə fikirləri ilə gündəmə gələn yazar epidemiya zamanı tətbiq
olunan karantin tədbirlərini insanlıq tarixindəki ən böyük aldanış olaraq
xarakterizə edib.
Yoluxma
sayında artımın davam etdiyi ölkədə xaricdən gələnlər hotellərdə məcburi
karantinə alınırlar.
Əzizə
Zeynal
Sfera.az