Karantin qaydalarına zidd olan 47 min icazə ləğv edildi
18:15 / 11.04.2020
4088
Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.
Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.