“Karantin qaydalarına riayət edən sərnişinlərə təşəkkür edirik” - RƏY

“Karantin qaydalarına riayət edən sərnişinlərə təşəkkür edirik” - RƏY

Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edib. Agentlikdən verilən məlumatda bildirilib ki, ilk növbədə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "Report”a açıqlamasında BNA tərəfindən ekspres xətlərin təşkil edilməsini yüksək qiymətləndirdiyini bildirib:

"Koronavirus pandemiyası dünyada geniş şəkildə yayılıb və dünyanın bir çox yüksək maddi imkanlara malik ölkələrində qarşısıalınmaz hala çevrilib. Eyni vəziyyətin bizdə də yayılmaması üçün tətbiq edilən karantin qaydalarına riayət etməliyik. Bu virusa yoluxma ictimai yerlərdə, xüsusən də ictimai nəqliyyatda baş verə bilər. İctimai nəqliyyat vasitələrində qapalı mühit olduğuna görə orda virusa yoluxma ehtimalı daha böyükdür. Bu baxımdan metrolar avtobuslara nisbətən daha təhlükəlidir. Çünki orda açıq hava şəraiti yoxdur. Bunu nəzərə alaraq BNA-nın son zamanlar əlavə ekspres xətlər istifadəyə verməsini yüksək qiymətləndirirəm. Elə vətəndaşlar var ki, onlar evdən çıxıb işə getməyə məcburdurlar. Həmin vətəndaşları daşımaq üçün BNA-nın avtobuslar ayırması çox təqdirəlayiqdir. Digər tərəfdən BNA avtobuslarda qoruyucu tədbirlər həyata keçirir və monitorlara yerləşdirdiyi videoçarxlar vasitəsilə virus əleyhinə maarifləndirici addımlar atır. Biz də nəqliyyat sahəsi üzrə mütəxəssis olaraq vətəndaşlarımızı həm tətbiq edilən xüsusi karantin qaydalarına riayət etməyə təşviq edir, həm də bu qaydalara riayət edənlərə öz təşəkkürümüzü bildiririk. Bütün insanları tətbiq olunan qanunlara riayət etməyə, izolyasiya çağırışlarına uyğun davranmağa çağırırıq. Hamımız əlbir şəkildə fəaliyyət göstərsək bu virusa qalib gələ bilərik”.

Qeyd edək ki, BNA-nın bu gündən təşkil etdiyi M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...