Karantin Orucu - Ümüd Səlimzadə yazır

Karantin Orucu - Ümüd Səlimzadə yazır

Dəyərli böyüklərimizin bayramlarla bağlı "Bayramımız bayram olsun” fikrinin dəqiqliyinə heç zaman indiki qədər diqqət etməmişdim. Koronavirus pandemiyası dünyada çox şeyi – iqtisadi, sosil, siyasi münasibətləri dəyişdiyi kimi bayramlara baxışımızı da dəyişdi.


Odur ki, bu il Ramazan bir qədər fərqli və zamansız gəldi.


Əvvəlki illərdən fərqli olaraq heç kəs Ayın sabah yoxsa birisigün görünəcəyinə dair ənənəvi polemikaya girmədi. Ölkəmin insanları Türkiyə və İran dini rəhbərlərinin fərqli fətvaları arasında arasında qalan iki dəstəyə də ayrılmadı. Sanki ideoloji rəqiblər də halsızlamışdı, daha mübahisə etməyə heyləri də qalmamışdı.


Amma elə mənəvi dəyərlər var ki, onlar dəyişməz qalır. Onlardan birinin də Ramazan ayında oruc tutmağın İslam dininin 5 ən vacib şərtlərindən biri olmasıdır. Bu ayın dəyəri - tutulan oruc zamanı özünü duyğu üzvlərinə gələn siqnallardan nə qədər məhrum etməyindən birbaşa asılıdır. Əslində məsələnin köklü qoyuluşu bu cürdür: "Sən hisslərinə tabe olacaqsan yoxsa, hisslərin sənə?!”

 

Orucun dəyəri məhrumiyyətlə düz mütənasibdir.

 

 

Amma bu il Ramazan vaxtından əvvəl gəldi - İrana Türkiyədən də qabaq gəldi.

 

Məhrumiyyətlər ayı olan Ramazan öz qayda qanununu bütün dünyaya yanvar ayından gətirmişdi. Amma bu dəfə həmin qayda-qanunun adı "Oruc” yox, "karantin” idi. İtalyan dilindən gələn bu sözün mənası 40 olsa da, məhrumiyyətlər 40-la bitmədi. Çox böyüdü və çox irəlilədi...


...Amma 40-da bitirənlər də oldu. Yəni, kimlərsə Ayı gördü - Çin kimi. Obrazlı ifadə etsək, bu il Çin bu Ayı digərlərindən daha tez gördü. Çünki adıçəkilən ölkə özünü hər şeydən çox tez və kəskin şəkildə məhrum etməyi bacarmışdı. Yuxarıda ifadə etdiyim kimi: "Axı, orucun dəyəri məhrumiyyətlə düz mütənasibdir”.


Koronavirusla mübarizənin keyfiyyəti isə karantin qaydalarının sərt olması ilə düz mütənasibdir.


Çin də şərtlərə əməl etdi və həmin əməllər Çinə Ayı hamıdan qabaq görməsinə vəsilə oldu.

 

Bu baxımdan karantin də bir Orucdur əslində - "həmrəylik orucu”. Mən bu "oruc”u ona görə tuturam ki, sənin valideynlərin sağlam olsun, sən bu "oruc”u ona görə tutursan ki, mənim övladlarıma xəta toxunmasın. Biz bu "oruc”u ona görə tuturuq ki, yaradılışın ali nümunəsi olan "insan irqi” yer üzündən silinməsin.

 

Bu gün biz hamımız, bu "karantin orucunu” möhkəm tutsaq, özümüzü məhrumiyyətlərlə imtahan etsək, mükafatımız böyük olacaq. Biz bu yolla insanlığı qurtarmış olacağıq. Çünki İslam Peyğəmbərindən tutmuş, Şərqin və Qərbin ən böyük filosoflarının yaradıcılığının ana xəttini bir fikir təşkil edirdi - "Bir insanı qurtaran, bütün insanlığı qurtarmış sayılır”.

 

Hər birimiz bir insanı bu bəladan xilas etsək, bu olar, bizim başımızın fitrəsi. Ramazanın da son günü Aidi-Fitr - yəni, fitrə bayramına təsadüf edir. Gəlin, bu fitrəni, "karantin oruc”unun əməllərinə riayət edərək çıxardaq. Bu yolla böyüklərimiz demişkən, Bayramımız bayram olsun !

 

Tanrı hamımızı qorusun!

 

Ümüd Səlimzadə,

Almaniyada çalışan Azərbaycanlı həkim


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir”

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...