Karantin dövründə 100-dək sahibkar Unibank-da onlayn hesab açıb

Karantin dövründə 100-dək sahibkar Unibank-da onlayn hesab açıb
 

"Unibank”ın banka gəlmədən onlayn hesab açmaq xidməti fərdi sahibkarlar tərəfindən çox müsbət qarşılanıb. Xüsusi karantin rejimində biznes sahiblərinə dəstək məqsədilə istifadəyə verilən bu xidmət, onlarla sahibkara banka gəlmədən, evində oturaraq, dəqiqələr ərzində onlayn bank hesab açmaq imkanı yaradıb.

"Unibank”ın onlayn hesab açmaq xidmətindən istifadə edən sahibkarlar xidmət haqda nə düşünürlər:

Amil Qurbanov: "Sumqayıtda qalıram. İnternetdə "Unibank”ın onlayn hesab xidməti haqda xəbəri oxuyan kimi müraciət etdim. Müraciətim elə karantin rejiminin ilk günlərinə təsadüf edib. Evdə oturaraq, çox qısa müddətdə, həm də yüksək səviyyədə xidmət oldu”.

Rənaxanım Rzayeva : "Yaşım 65-dən yuxarıdır. Karantin rejimi ilə əlaqədar evdən çıxmağın mümkün olmadığı bir vaxtda, "Unibank”ın bu xidməti çox köməyimə çatdı. Belə mükəmməl xidmətə görə təşəkkürümü bildirirəm.

Bahəddin Əlimərdanov: "Qısa müddət üçün Rusiyaya gəlmişdim, pandemiya ilə əlaqədar Bakıya qayıda bilmədim. Belə bir çətin vəziyyətdə bu xidməti təmin etdiyiniz üçün çox sağ olun!”

Elgün Abdullayev: Şəkidə yaşayıram. Filiala getmişdim, sıxlıq idi və pandemiya ilə əlaqədar filialın daxilinə növbə ilə buraxırdılar, çöldə gözləyən zaman bank əməkdaşı məlumat verdi ki, ASAN imzası olanlar evdən onlayn bank hesabı aça bilərlər. Evə qayıdıb onlayn müraciət etdim. Sonra videozənglə əlaqə saxladılar. Hesabımı qısa müddətdə açdılar, rekvizitləri də özümə göndərdilər”.

Polad Budaqov: Karantin günlərində 2 saatlıq icazə alıb bank filialına gedib hesab açmaq çox çətin idi. Həm yol, həm filialda gözləmək vaxt alırdı. "Unibank”ın bu xidməti haqda eşidən kimi onlayn müraciət etdim və qısa müddətdə, çox rahat şəkildə bank hesabımı açdılar”.

"Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:

- Unibank.az saytından (//hesab.unibank.az/login) "Onlayn hesab açın” bölməsinə daxil olursunuz;

- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;

- Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;

- Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.

Unibank- Biznesinizə daimi dəstək!


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...