\"Kara sevda\"nın çəkiliş məkanında gərgin anlar yaşanır

\

Burak Özçivitlə Neslihan Atagül arasındakı inciklik çəkiliş məkanını iki hissəyə bölüb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Özçivitin verdiyi bir açıqlama aktyorlar arasındakı incikliyi alovlandırıb. Neslihanla öpüşmə səhnələri haqda suallara: "Kadir Doğulu dostumdur. Bizdə səhv hərəkət olmaz", - cavabını verən Burakın sözlərinə Doğulu sərt reaksiya verib. O, sosial şəbəkədə: "Nə qədər də özünə aşiq bir adamdır. Çox təhlükəlidir", - sözlərini yazıb. 

Bu mesajdan sonra Atagüllə Burak "Kara sevda"nın çəkiliş məkanında küsülü gəzirlər. Bir-biri ilə danışmayan aktyorlar yaradıcı heyətə də çətin anlar yaşadırlar. Serialdakı aktyorlar da iki hissəyə ayrılıblar. Bir qismi Burakın, digəri isə Neslihanın tərəfini saxlayır.


OXŞAR XƏBƏRLƏR