Kapitanı azərbaycanlı olan gəmi 32 suriyalı miqrantı xilas etdi - VİDEO

Kapitanı azərbaycanlı olan gəmi 32 suriyalı miqrantı xilas etdi - VİDEO

İyulun 22-də Malta bayrağı altında Aralıq dənizində üzən, kapitanı milliyyətcə azərbaycanlı Rafiq Əfəndiyev olan "Aral” tankeri 32 Suriyalı miqrantı xilas edib.

Sfera.az xəbər verir ki, bu barədə "Report"a açıqlama verən kapital bildirib ki, xilasetmə əməliyyatı Krit adasının 70 mil Cənub-Şərqində baş tutub:

"İyulun 22-i idi. Aralıq dənizində Şimal-Qərbdən gələn 7-8 bal gücündə fırtına var idi. Bakı vaxtı ilə saat 13:40-da məni "Olympia” radiosundan çağırdılar. Xarici ölkələr arası təcili yardım üzrə dənizdə xilasetmə ofisi ilə əlaqəyə keçdim. Onlar bildirdilər ki, bizdən 18 mil Şimal-Qərbdə bir qayıq qəza siqnalı verib və biz təcili həmin əraziyə getməliyik. Xəbəri alan kimi kursu dəyişmək əmri verdim. Təxminən 2 saata qəza siqnalı verən qayığa çatdıq. "Rahvan” adlanan pirat qayığının üzərində Türkiyə bayrağı asılmışdı və onun Türkiyəyə məxsus olduğu iddia edilsə də bu elə deyildi.

Yaxtada olan qaçqınlardan əsasən suriyalılar idi. Həmçinin onlar arasında 2 İran, 1 Fələstin vətəndaşı da var idi.

Xilas etdiklərimiz insanlar heç özləri qayıqda neçə nəfərin olduğunu bilmirdilər. Biri 45, digəri 48 adam olduğunu söylədi. Mən təcili xilasetmə ofisinə 45 nəfər olduğunu və 32 nəfəri xilas etdiyimizi bildirdim. Miqrantların sözlərinə görə, 6 nəfəri hansısa helikopter xilas edib. 1 nəfəri isə alman tankeri xilas etdi və onu yunan helikopteri Krit adasına apardı.

Biz 32 nəfəri xilas etdikdən sonra təxminən Yunanıstan vaxtı ilə 19:00-da daha 1 saat axtarış-xilasetmə əməliyyatlarını apardıq. Sağ qalan tapmasam da 2 qadın cəsədi aşkar etdim. Daha sonra kursu Krit adasının "IEREPETRA” limanına doğru dəyişdim. Artıq iyulun 23-ü saat 03:00-da miqrantlar sağ-salamat adaya çatmışdılar”.

Kapitan qeyd edib ki, sahilə çıxarılan qaçqınlara isti içki və qida verilib, yaralı olanların ilkin tibbi yardım göstərilib: "Təxminən 3 saat sonra yəni səhər saat 06:00-da Krit adasının sahil təhlükəsizlik xidməti həmin miqrantları təhvil aldılar. Xilas etdiklərimiz arasında 1-i qadın, 1-i 5 yaşlı qız uşağı, qalanı isə kişilər idi”.


OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...