\"Kapital Bank”da vəziyyət superdir - MƏNFƏƏTİNDƏ İKİQAT ARTIM

\
"Kapital Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 3 milyard 584 milyon manat təşkil edib.

Bankın maliyyə hesabatına görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 13,2% çoxdur.

"Kapital Bank”ın aktivlərinin 1 milyard 322 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 27,4% böyüyüb.

Hesabat dövründə "Kapital Bank”ın cəmi öhdəlikləri 8,5% artaraq 3 milyard 163 milyon manata, o cümlədən depozit portfeli 10,7% artaraq 2 milyard 700 milyon manata, cəmi kapitalı isə 67,4% artaraq 421 milyon 481 min manata, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 225,85 milyon manata çatıb.

Bu ilin I rübündə "Kapital Bank”ın faiz gəlirləri 93 milyon 296 min manat (ötən ilin eyni dövrünə nsibətən 27% çox), faiz xərcləri 16 milyon 433min manat (15,4% az), qeyri-faiz gəlirləri 36 milyon 38 min manat (9,6% çox), qeyri-faiz xərcləri 46 milyon 335 min manat (26,1% çox), aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 6 milyon 505 min manat (70,4% az), mənfəət vergisi ödəmələri isə 12 milyon 435 min manat (2,1 dəfə çox) təşkil edib.

Son nəticədə Bank ilk rübü 47 milyon 626 min manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.  "Kapital Bank” 2018-ci ilin 1-ci rübünü 22 milyon 263 min manat xalis mənfəətlə bağlamışdı.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,86%-i daxil olduğu "PAŞA Holdinq"ə, 0,14%-i isə 190 fiziki şəxsə məxsusdur. 

report.az

OXŞAR XƏBƏRLƏR