Kapital Bank yenilənən Mingəçevir filialını istifadəyə verdi - FOTOLAR

Kapital Bank yenilənən Mingəçevir filialını istifadəyə verdi - FOTOLAR
 

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Mingəçevir filialı, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Mingəçevir filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Cari ildə biri Mingəçevir şəhər filialı olmaqla 4 struktur bölmənin relokasiya və əsaslı təmiri həyata keçirilib, 5 yeni struktur bölmənin isə fəaliyyətə başlaması təmin edilib. Eyni zamanda, ötən illər ərzində 50-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq bu və gələcək illərdə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

TuranBankdan özünüməşğulluq proqramına növbəti dəstək!

  Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə ...

Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu

  Unibank Bakı sakini Cavidan İsmayılovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırdı.İllərdir öz bərbər salonunu açmaq, şəxsi biznesini qurmaq arzusu...

Unibank Salyan sakininə bayram hədiyyəsi etdi

  Unibank xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, xoşbəxtlik, xeyir-bərəkət arzulayır. Eləcə də bax: Yüksək faizlə əmanət...

Unicapitalın xalis mənfəəti 31% artıb

  "Unicapital” İnvestisiya Şirkəti 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb. Ötən ilin nəticələrinə görə, 2018-ci il illə müqayisədə 2019-cu ildə "Unic...

Rəqəmsal bank xidmətləri Expressbank-la daha rahatdır!

  Nağdsız ödənişlərin sürətlə inkişaf etdiyi dövrdə Expressbank rəqəmsallaşma istiqamətində müştərilərinin rahatlığını təmin etmək məqsədi ilə günbəgün ar...

Unibank özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı

  "Unibank”ın dəstəyi ilə daha bir  vətəndaşımız şəxsi biznesini yaratmaq arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əs...