Kapital Bank UNEC-də “Karyera Günü” keçirib

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib
 
Kapital Bank-ın təşəbbüsü ilə 22 oktyabr 2019-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq Dövlət İqtisad
Universitetində (UNEC) tələbə və məzunlar üçün "Karyera Günü” keçirilib. Tədbirdə Kapital Bank-ın
İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, digər rəhbər əməkdaşlar, İqtisad Universitetinin rektoru
Ədalət Muradov, UNEC-in tələbə və məzunları, eləcə də müəllim heyəti iştirak edib.
"Birincilər sırasına sən də qoşul!” devizi altında keçirilən tədbirdə tələbə və məzunların maraqları, hansı
sahələrdə karyeralarını qurmaq istədikləri haqqında müzakirələr aparıb. Bundan başqa tədbir çərçivəsində
tələbə və məzunların CV-ləri toplanıb və onlar müsahibə mərhələlərində iştirak ediblər.
"Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank bu gün İqtisad Universitetində karyera
günü keçirdi. Hazırda Kapital Bank-da olan vakansiyalar, təcrübə proqramları barədə tələbə və məzunlara
ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bu kimi layihələrə dəstək
göstərməklə, biz yüksək potensiala malik kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə
edirik”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə
Məmmədova bildirib.
Tədbir çərçivəsində 300-dək CV toplanıb və 30-dan artıq müsahibə keçirilib. Həmçinin "Karyera
Günü”ndə "Əmək bazarında trendlər. İşəgötürən bizdən nə gözləyir?” və "Sosial şəbəkələr və sizin
imiciniz” mövzularında təlim modulları keçirilib. Hər zaman gənclərə dəstək olan Kapital Bank
gələcəkdə də onların karyera inkişafına dair layihələrin təşkilatçısı qismində çıxış edəcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz.

OXŞAR XƏBƏRLƏR