Kapital Bank tələbələrə “Smart tələbə kartı” təqdim etdi

Kapital Bank tələbələrə “Smart tələbə kartı” təqdim etdi
 

Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni "Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib. Yeni məhsul Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirib.

Sfera.az xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, Mastercard-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

"Yeni kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Tələbələr smart kartı universitetə, UNEC-in kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb. Yeni kart məhsulu təhsilin inkişafı üzrə dövlət proqramına dəstək verməsi ilə yanaşı, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasına da öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.

Tədbirin sonunda UNEC-in birinci kursunda oxuyan 20 nəfər Prezident təqaüdçüsünə ilk smart tələbə kartları təqdim edildi.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...