No Image

Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir

Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir
 

Kapital Bank mütəmadi olaraq hüquqi şəxs və sahibkarlar üçün rahat həllər təklif etmək üçün rəqəmsal imkanlarını  inkişaf etdirir. Bu dəfə məsafədən bankçılıq xidmətlərini genişləndirən Kapital Bank, tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir.

Onlayn hesabın açılması imkanı ilə, vaxt itirmədən və filiala yaxınlaşmadan cəmi bir neçə dəqiqə ərzində dünyanın istənilən nöqtəsindən Kapital Bank-da hesab rəsmiləşdirib əməliyyatlara başlamaq mümkündür. Fürsətdən yararlanmaq üçün www.onb-cb.kapitalbank.az linkindən, həmçinin Müştəri Bank sistemindən (www.cb.kapitalbank.az) və ya Bankın saytındakı "Biznes üçün” bölməsi vasitəsi ilə "Məsafədən hesab aç” portalına daxil ola bilərsiniz. 

İlk növbədə, müştəri şəxsi və biznes məlumatlarını qeyd edib, tələb olunan sənədlərin elektron versiyasını portala yükləməlidir. Daha sonra müştəri "ASAN İmza” ilə müqavilə imzalamalı və bank əməkdaşları ilə video müsahibədən keçməlidir. Proses, müqavilənin, rekvizitlərin və "Müştəri Bank” sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrənin müştərinin elektron ünvanına göndərilməsi ilə yekunlaşır. Həmçinin yaxın zamanda fiziki şəxslər üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti ucuzlaşdı

  CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 41,53 dollar/barel təşkil edib ki, bu da əv...

lham Əliyev: “Ermənistan müharibəyə hazırlaşır”

  "Keçən dəfə fevral ayındakı görüşümüzdən bəri regionumuzda bir çox şey dəyişib. Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssü...

Builki qəbul imtahanları necə yadda qaldı? – İxtisas qrupları üzrə müqayisəli statistika

    Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlanıb. DİM-dən verilən məlumata görə ali təhsil mü...

Oktyabrın 1-dən iri ticarət obyektləri, noyabrın 1-dən isə şadlıq sarayları...

  "Sentyabr ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitm...

Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - FOTO

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin daha bir villası üzə çıxıb.  Sfera.az xəbər verir ki, akademik...

Azərbaycanda direktor rüşvətə görə həbs edildi

  Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokuror...